Bu gün gecələri bir dəfəyə yatmaq bizə normal görünür. Amma orta əsrlərdə insanlar üçün gecə iki dəfə yatmaq geniş yayılmış bir adət idi.
Elektrik olmadan əvvəl insanlar hava qaralandan bir qədər sonra yatmağa gedirdilər. Lakin bu qədər tez yatdıqları üçün gecəni tam yatmış şəkildə keçirə bilmirdilər. Məhz beləliklə “birinci yuxu” və “ikinci yuxu” vərdişi yaranmışdı.
Onlar bir neçə saat yatır, gecənin bir aləmində yenidən oyanırdılar. Bu oyanıq qalma saatlarını dua etmək, oxumaq, siqaret çəkmək, qonşuları ziyarət etmək və ya sadəcə ailə ilə vaxt keçirmək üçün istifadə edirdilər. Bütün bunları da şam işığında edirdilər. Sonra yenidən yatağa qayıdır və şəfəq sökülənədək “ikinci yuxularını” tamamlayırdılar.
Bu ritm əsrlər boyu davam etmiş və dövrün qəzetlərində, ədəbiyyatında və tibbi traktatlarında sənədləşdirilmişdir.
Lakin 1800-cü illərdə küçə işıqlandırması və şəhər həyatının sürətlənməsi ilə bu ənənələr unudulmağa başladı. 1900-cü illərə yaxın isə artıq demək olar ki, heç kim gecə iki dəfə yatmağın bir vaxtlar tamamilə təbii bir şey olduğunu xatırlamırdı.
Bu gün bunu yəqin ki, “yuxusuzluq” adlandırardıq.
O vaxt isə… insanlar sadəcə qaranlığın ritminə uyğun yaşayırdılar.

muasirmedia.az
