Sovet İttifaqı Qəhrəmanı adını alan ən gənc azərbaycanlı Mirzə Cəbiyev (1925-1978). Astarada doğulub və 1943-cü ildə orduda xidmətə könüllü gedib. 1944-cü ildə kiçik leytenant rütbəsi alaraq 43-cü Ordu tərkibində cəbhəyə (III Belarus cəbhəsi) göndərilib. Belarus, Litva, Polşa uğrunda döyüşlərdə iştirak edib, Almaniyada döyüşüb.
Baş leytenant Mirzə Cəbiyev 1945-ci ilin 6 aprelində Köniqsberq şəhəri ətrafındakı döyüşlərdə komandir olduğu bölmənin önündə kanalı keçərək 5 fortu zəbt edib və qələbə bayrağını sancıb. Bu döyüşdə o şəxsən düşmənin 8 əsgərini məhv edib, 13 nəfəri əsir götürüb, döyüşdə yaralansa da, vəzifəsini qələbəyə qədər icra edib. 19 aprel 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Bununla da eyni zamanda Sovet İttifaqı Qəhrəmanı adı alan ən gənc azərbaycanlı olub.

MM.AZ Anar Tağıyev
