Bu gün məktəbimizin həyəti susqun, sinif otaqları isə qəribə bir boşluq içindədir… Çünki məktəbimizin 9-cu sinif şagirdi, əziz Samar artıq aramızda yoxdur…
Bir şagirdin vaxtsız gedişi təkcə ailəsini deyil, bütün məktəbi sarsıdırmış… Onun partası, sinifdə eşidilən səsi, dostları ilə bölüşdüyü gülüşlər indi yalnız xatirələrdə yaşayacaq. Bu acının sözlə təsviri yoxdur.
Müəllim və şagird kollektivimiz dərin hüzn içindədir. Hər birimizin qəlbində sağalmaz bir yara açıldı. Gənc yaşında həyata göz yuman Samarın əziz xatirəsi daim yaşayacaq.
Allahdan mərhum şagirdimizə rəhmət, ailəsinə, yaxınlarına və bütün məktəb kollektivinə səbir diləyirik.
Ruhun şad olsun, əziz Samar… Səni heç vaxt unutmayacağıq.
M M.AZ
