Çox üzücü xəbər aldıq-Cabbarov Cavid uzun sürən xəstəlikdən sonra vəfat etdi

Cəmiyyət
Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı Cabbarov Cavid uzun sürən xəstəlikdən sonra vəfat etdi xəbəri,
Qazilər üçün çox böyük itkidir, sıralarımızdan daha bir qazimiz azaldı.. Dəyərli insanlardan biri, şərəfli döyüş yolu keçmiş Qazimiz Cavid Cabbarov Azərbaycan Ordusunda uzun müddət xidmət edib. Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Xidməti dövründə şücaətinə görə dəfələrlə təltif edilib.
Cavid qardaşımız kimi şəxslər ölkəyə xidmətləri ilə yadda qalır və onların xatirəsi daim hörmət və ehtiramla anılır.
Cavid bu gün səhər saatlarında 42 yaşında dünyasını dəyişib.
Qazi Cavid Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin ilk istehkamçı ixtisaslı məzunlarından olub.
Respublika “Qarabağ Qaziləri” Birliyinin idarə heyəti adından ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı veririk!
Allah rəhmət etsin!
Məkanı cənnət olsun!
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir