Günlər öncədən müşahidə olunan siyasi axın göstərirdi ki, Macarıstanda 16 illik Orban avtoritarizmi,Avropayönümlü islahatçı siyasət qarşısında tab gətirməyəcək.Cəmi 10 milyona yaxın əhalisi olan və Şərqi Avropada elə də,böyük geosiyasi sanbala malik olmayan Macarıstanın seçkiləri dünya üçün niyə bu qədər önəmli idi?
Çünki Viktor Orban, Avropa İttifaqının daxili monolitliyini sarsıdan, qurumun qərar qəbul etmə mexanizmlərini iflic edən bir lider idi.Vəziyyət o həddə çatmışdı ki,seçkilərdən cəmi bir neçə gün öncə ABŞ Vitse-Prezidenti JD Vens Budapeştə gələrək Orbana açıq dəstək ifadə etdi. Təsəvvür edin, Tramp hansı addımı atır?ABŞ-da ikinci adam statusunda olan bir şəxs birbaşa dəstək üçün Budapeştə dəstəyə gəlir ancaq Orban məğlub olur. Burada maraqlı bir tendensiya var: Müstəqil şərhçilərin Peter Magyarın (Peter Macar) qazanacağını proqnozlaşdırdığı bir vaxtda, ABŞ Respublikaçıları niyə bu riski aldılar?
Çünki,Respublikaçıların bu riski almasına əsas səbəbi,Trampın dünyada dəstəklədiyi sağ-mühafizəkar dalğanın sarsılmaz olduğunu sübut etmək ,əks halda yaranacaq “domino effekti” ilə digər nümunələrində sıradan çıxmasını qarşısını almaq idi .12 aprel günü JD Vensin Islamabadda Iran görüşündən əliboş qayıtması,ardınca axşam mütəffiqlərinin məğlubiyyəti,Trampın daxili auditoriyada reytinqinə çox ciddi təsir edib.Noyabrda ABŞ keçiriləcək ara seçkilərdə Demokratların təşəbbüsü ələ alacağı gözlənilir.
Kremldən gələn ilkin reaksiyalar isə lap türklər demiş “soyuq duş” effekti səviyyəsindədir.Dmitri Peskov ümumiyyətlə xalqa hörmət etdiklərini,amma təbrik etməyəcəklərini,Macarıstanı sanskiyaya qoşulan qeyri-dost ölkə kimi adlandırması bunun nümunəsidir.
O ki, qaldı Peter Magyarın (Peter Macar) Orban şinelindən çıxmasına aid iddialara buna fikrimcə açıqlamaları ilə yeni baş nazir bütün qapıları bağladı.

