Azərbaycandan qaçan məktəb direktoru Türkiyədə saxlanılıb.

Kriminal
Azərbaycandan qaçan məktəb direktoru Türkiyədə saxlanılıb. Beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Hüseynova Sevinc Əlisəfa qızının ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatət Türkiyənin səlahiyyətli orqanları tərəfindən təmin edilib.
İbtidai istintaq zamanı məktəb direktoru vəzifəsində işləyən Hüseynova Sevinc Əlisəfa qızının qulluq mövqeyindən istifadə etməklə dələduzluq yolu ilə bir neçə şəxsin ümumilikdə 69 min manat məbləğində pulunu ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Bu səbəbdən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Sevinc Hüseynova Türkiyədə saxlanılıb.
Sevinc Hüseynovanın ölkəmizə gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən tədbirlər görülür.
S.Hüseynova Bakı şəhəri 278 nömrəli tam orta məktəbə rəhbərlik edib. O, işində yol verdiyi nöqsanlara görə ötən il vəzifəsindən azad olunub.
yazı görseli olabilir
muasirmedia.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir