Tiib diplomu təhsili olmayan Ülviyyə İlyasovanın məhkəməsi həbslə bitib. MUASİRMEDİA.AZ xəbər verir ki,məhkəmə zərərçəkmiş şəxsin şikayətini əsaslı sayıb. Ü.İlyasova barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Ülviyyə İlyasovanın tibbi təhsili, o cümlədən müvafiq lisenziyası olmadığı halda müxtəlif ünvanlarda qanunsuz “liposaksiya-piysovurma, bədən şəkilləndirmə” cərrahi əməliyyatı, habelə digər cərrahi və estetik müdaxilələr etməsi nəticəsində Mila Əlibəyovanın səhhətində ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Ona Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Ona Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
MUASİRMEDİA.AZ
