İmam Hüseyn bizə çox böyük bir dərs verdi.

DIN
İmam Hüseyn bizə çox böyük bir dərs verdi. O, həccini yarımçıq qoyub, şəhadətə üz tutdu. İmam Hüseynin ata-babası həcc yolunda cihad etdikləri halda, Hüseyn şəhadət yolunu seçdi. Bununla da bütün İslam ümmətinə anlatdı ki, yəzidlərin peyğəmbər taxtına varis olduğu bir zamanda Kəbəyə yox, Kərbəlaya üz tutmaq lazımdır.
Həcc büt sındıran İbrahimin yoludur. Tövhid ümmətinin burulğanı Allahın dəvətinə “ləbbeyk” deyərək, eşq və iman, həyəcan və qorxu ilə Kəbə başına fırlanır. Bu çöhrələr arasında peyğəmbər səhabələri, islam öncülləri, cihad qəhrəmanları, tövhid hamiləri, Quran hafizləri, həqiqi ruhanilər görünür. Onlar İbrahimlə əhd-peymanı təzələyirlər. Onlar dünyaya arxa çevirib, könüllərini Allaha bağlamışlar. Mələklər onların başına nur ələyir, Cəbrail qanadlarını onların ayaqları altına sərir!
Bəs bu burulğanı yarıb, şəhərdən çıxan kimdir? Hamı Kəbəyə üz tutduğu bir vaxtda o haraya üz tutmuş?
Nə üçün imamın yarımçıq qoyduğu həccdə Kəbə başına fırlanan burulğanın mahiyyətini dərk etmək çətin olur? Dövrün imamı daha zəruri bir hədəfə üz tutursa, qalanlar kimdir? Məgər imamsız din varmı? Allahın dininin hifz və davamı üçün şəhadət yolunu seçmiş imam Məkkəni tərk edirsə, bu yol hamı üçün zəruri olmurmu?
Onlarsa qalıb, Kəbənin başına fırlanır, Kəbədən Ərəfata, Ərəfatdan Məşərə, Məşərdən Minaya qaranlıq bir yol keçirlər. Onların daşlayacağı üç büt daşlardan zövq alır. İblis xalqı hər vasitə ilə Minada saxlayır. Çünki əsil döyüş Kərbəladadır. Minada olanlarsa, kəsdikləri qurbanları da öz nəfsləri yolunda kəsir. Onların əli həqiqətin qanına bulaşmışdır. Onlar üç bütün hakimiyyəti altındadırlar.
Onların keçirdiyi qurban bayramı bəşəriyyətin məhvinin bayramıdır.
Bəli, həqiqətə, dünyada baş verənlərə, üç şər qüvvənin cinayətlərinə, xalqların istismarına, islam gerçəkliklərinə, təcavüzə biganə qalaraq, Kəbənin başına dolanmaq İblisin başına dolanmaqdır!
İmam Hüseyn şəhadət yolunu seçir! Bu seçim bir daha bəşəriyyətə öyrədir ki, islamın mahiyyətini İblisin mücəssəməsi ilə yox, muzdurları ilə cihad təşkil edir!
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir