B vitamini çatışmazlığı insanın şirniyyata daha çox meyl etməsinə səbəb olur.

Səhiyyə

Mütəxəssisin sözlərinə görə, qlükoza insan orqanizmi üçün əsas enerji mənbəyidir və şirniyyata meyl tamamilə təbii hesab olunur. Lakin şəkərin həddindən artıq qəbulu beyində həzz hormonlarının ifrazını artırır və zamanla bu, idarəolunmayan vərdişə çevrilə bilər.

Həkim bildirib ki, stress, yuxusuzluq, hormonal problemlər, həmçinin dəmir və B vitamini çatışmazlığı insanın şirniyyata daha çox meyl etməsinə səbəb olur.

Onun sözlərinə görə, şəkərdən birdəfəlik və sərt şəkildə imtina etmək düzgün yanaşma deyil. Bunun əvəzinə qidalanma rejimini tənzimləmək, uzun müddət ac qalmamaq və səhər yeməyini ötürməmək tövsiyə olunur.

Mütəxəssis həmçinin südlü şokolad əvəzinə tünd şokolada üstünlük verilməsini, meyvə və çərəzlərin rasiona əlavə edilməsini məsləhət görüb.

Yelizaveta Zolotova qeyd edib ki, şirniyyata nəzarətsiz meyl artıq çəki, prediabet və digər sağlamlıq problemlərinə səbəb olursa, mütləq həkimə müraciət etmək lazımdır.MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir