Salyan rayonunun Şorsulu kəndində kənd sakininin atdığı nümunəvi addım hər kəs tərəfindən rəğbətlə qarşılanır.
MUASİRMEDİA.AZ xəbər verir ki,rayon sakini Farid Abbasov uşaqlıq arzusunu gerçəkləşdirərək doğulub boya-başa çatdığı kəndin ərazisində yaşıllıq salmağa başlayıb.
Onun təşəbbüsü ilə Şorsulu inzibati ərazisinə daxil olan Boranıkənd kəndində artıq 300-dən çox xan çinarı ağacı əkilib və işlər yekunlaşmaq üzrədir.

Ağaclar Tərtər rayonundan gətirilib və demək olar ki, hamısı torpağa uyğunlaşaraq inkişaf edir. Əkilən tinglərə yalnız təşəbbüs sahibi deyil, kənd sakinləri də xüsusi qayğı göstərir.
Mal-qaradan qorunması üçün ağaclar setkalanıb, həftə ərzində isə su maşınlarının köməyi ilə mütəmadi suvarılır.
Farid Abbasov bildirir ki, məqsədi bununla kifayətlənmək deyil.
O, yaxın gələcəkdə əkilən ağacların sayını 1000 – in üzərinə çatdırmağı, həmçinin kəndin əsas küçələrinin günəş panelləri vasitəsilə işıqlandırılmasını planlaşdırır.
Təşəbbüs sahibi görülən işlərin sakinlər tərəfindən dəstəklənməsinin sevindirici olduğunu desə də, ən böyük istəyinin əkilən ağacların qorunması və gələcək nəsillər üçün yaşadılması olduğunu vurğulayır. Şorsuluda başlayan bu təşəbbüs bir daha göstərir ki, doğma kəndə sevgi bəzən bir insanın atdığı addımla böyük dəyişikliklərə yol aça bilir.

MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU