1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda ölüm yağırdı

Cəmiyyət
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda ölüm yağırdı.
Şəhər od içində idi. Qışqırıqlar, atəş səsləri, həyəcan siqnalları havanı titrədirdi. Qadınlar, uşaqlar, yaşlılar – hamı xilas yolu axtarırdı. Amma bu gecə Xocalı üçün qaçış yox idi…
Kamal Aslan avtomatını sinəsinə möhkəm sıxmışdı. Hər tərəfdə qan və ölüm vardı. O, son gülləsinə qədər döyüşmüş, onlarla erməni əsgərini məhv etmişdi. Amma indi əsas məqsədi vuruşmaq yox, ailəsini və şəhər sakinlərini xilas etmək idi. O, həyat yoldaşı Zəhranı və qızı Ayanı evlərindən çıxarıb qarlı meşəyə doğru apardı. Onlarla birlikdə ağsaqqal Arif kişi, onun həyat yoldaşı Züleyxa, hamilə gəlini Firuzə və onlarla Xocalı sakini də var idi. Hamısı üşüyürdü, amma qorxunun soyuğu qışın şaxtasından daha sərt idi.
Meşənin qaranlıq dərinliyinə addımladıqca ümid işığı azalırdı. Arxadan Xocalının yanan evləri görünürdü. Vəhşiləşmiş erməni əsgərləri rus ordusunun köməyi ilə şəhəri hər tərəfdən mühasirəyə alıb atəşə tutmuşdular.Hələ doğulmamış körpələr, yaşlı nənələr, köməksiz uşaqlar bu gecə Xocalının qanına qarışmışdı. Kamalın ürəyi parçalanırdı. Amma dayanmaq olmazdı.
Birdən, gecənin səssizliyini dəhşətli bir uğultu pozdu. Tankların ağır tırtılları qarı əzirdi. Saqqallı erməni teror dəstələri hər tərəfdən irəliləyirdi. Meşə tam mühasirəyə alınmışdı. Düşmən yalnız Xocalını yandırmaqla kifayətlənmirdi, onlar sağ qalan insanları xüsusi amansızlıqla öldürür, hətda öldürdükləri insanların meyitlərinə qarşı da insanlığa sığmayan hərəkətlər edirdi.
Kamal avtomatını qaldırdı. “Geri çəkilmək yoxdur!” – deyə bağırdı və ilk düşmən əsgərini hədəfə aldı. Amma düşmən çox idi, hər tərəfdən atəş yağırdı. Güllələr ağacları, torpağı, insanları deşirdi.
Birdən Kamalın silahı susdu. O, silahına baxdı – gülləsi bitmişdi. Lakin təslim olmaq fikri yox idi. O, düşmənə doğru irəlilədi. “Qadınlara və uşaqlara toxunmayın!” – deyə bağırdı. Lakin düşmən ona məhəl qoymadı.
Əlində süngü bıçağı olan düşmən əsgəri irəli yeriyərək, hamilə Firuzəyə tərəf getdi. Firuzə qorxu içində geri çəkildi, amma qaçmağa yer yox idi. Süngü bıçağı onun qarnına sancıldı. O, dəhşətli bir qışqırıq qopardı. Ard-arda bir neçə zərbə vuruldu. Gənc qadın dizləri üstə çökdü, qanı ağ qara qarışdı.
Arif kişi bunu görən kimi göz yaşlarını saxlaya bilmədi. “Sən qansız alçaq!” – deyə nərildəyərək düşmən əsgərinə hücum etdi. Lakin arxadan açılan güllə onu yerə yıxdı. O, Firuzənin qanına qarışaraq gözlərini əbədi yumdu.
Düşmən əsgərləri isə sadəcə gülürdülər.
Züleyxa qışqıraraq ərinin cəsədinə sarıldı. Düşmən silahını ona və Zəhraya tuşladı. Kamalın gözləri qəzəbdən alışıb yanırdı. “Dayanın!” – deyə bağırdı. Amma düşmən dinləmədi. Onlar qadın, uşaq demədən hər kəsi öldürdülər.
Düşmən əsgərləri Kamalın qızı Ayanı öldürmək üçün silahlarını ona tərəf çevirdilər. Kamal çırpınaraq onu qorumağa çalışdı. Amma o an arxadan avtomatın özünə xas səsi gəldi. Bir neçə düşmən əsgəri yerə sərildi. Atəş açan uzun illər polis işləmiş mayor Əlif Hacıyev və cəsur kəşfiyyatçı snayper Amil idi.
Əlif Hacıyev Xocalı hava limanının komendantı idi. O, Xocalının müdafiəsində misilsiz xidmətlər göstərmiş, erməni millətçilərinə qarşı qətiyyətlə mübarizə aparmışdı.
Amil isə düşmən tərəfindən başına pul qoyulmuş cəsur bir kəşfiyyatçı snayper idi. O, bir çox düşmən terrorçusunu zərərsizləşdirmiş, mərdliyi ilə tanınmışdı.
Əlif və Amilin qəfil hücumundan istifadə edən Kamal yaxınlıqdakı düşmən əsgərinin silahını götürərək onlarla birlikdə döyüşməyə başladı. Onlar düşməni geri çəkməyə çalışırdılar, lakin düşmən sayca çox idi.
Kamal silahını endirib qızı Ayanı qucaqladı. Onun üzündən öpdü və titrək səslə dedi: “Qızım, ananla birlikdə meşəyə qaç. Sizi qarşıda gözləyən gözəl bir həyat var. Gedin! Biz sizi qoruyacağıq.”
Zəhra göz yaşlarını saxlamadan başını yellədi. “Səni tək qoymaram, Kamal!” – dedi.
“Xahiş edirəm… Mən sizi qoruyacam.”
Zəhra son dəfə Kamalın gözlərinə baxdı. Onun baxışlarında son bir ümid parıltısı vardı. O, Ayanı qucaqlayıb qaranlıq meşəyə doğru qaçmağa başladı.
Zəhra və Ayan gözdən itdikdən sonra Kamal, Əlif və Amil düşmənlə son döyüşlərinə girdilər. Uzaqdan Xocalının yanan şəhəri görünürdü. Hər tərəfdən güllələr yağırdı, düşmən isə dayanmırdı.
Kamal son gülləsinə qədər döyüşdü. Əlif və Amil də vuruşurdu, lakin düşmən çox idi. Nəhayət, düşmən güllələri onların həyatına son qoydu. Qanlı meşədə yalnız ölüm qalmışdı…
Və Qisas Günü Gəldi
İllər keçdi… Lakin düşmən sülhə razılaşmadı. İşğal etdiyi torpaqları geri qaytarmadı. Əksinə, sülh dövründə Mübariz İbrahimov, Fərid Əhmədov, Samid İmanov, Teymur və yüzlərlə qəhrəman hərbçimiz şəhid oldu.
Düşmən hər gün sərhədboyu kəndləri, günahsız insanları atəşə tuturdu. Onların son addımı isə Azərbaycan xalqını ayağa qaldırdı.
2020-ci ilin yayında düşmən artilleriyası Azərbaycan mövqelərini atəşə tutdu. General-mayor Polad Həşimov və polkovnik Etibar Mirzəyev şəhid oldu. Bu, xalqın səbr kasasını daşıran son damla oldu.
Azərbaycan xalqı Dəmir Yumruq kimi ölkə başcisi , Ali baş komondanın ətrafında birləşdi. Artıq Vətən Müharibəsi başlamışdı!
Hər gün cəbhədən yeni xəbərlər gəlirdi . Hər kəs , hətta Azərbaycanda yaşamayan insanlar da ölke başçisinin televiziyada çıxışını səbirsizliklə gözləyirdi. Ölkəmiz hər gün qələbə xəbərləri ilə çalxalanırdı.
44 gün ərzində Azərbaycan Ordusu düşməni darmadağın etdi. Xocalı daxil olmaqla, bütün torpaqlar azad edildi. Düşmən biabırçı şəkildə məhv oldu. Qəhraman Ordumuz üç rəngli bayrağımızı doğma Qarabaga sancdı!
Bütün ölkə eyni şüarı səsləndirirdi:
“Qarabağ Azərbaycandır!”
İndi Xocalıda üçrəngli 🇦🇿Azərbaycan bayrağı dalğalanır. Kamalın, Əlifin, Arif kişinin, Firuzənin və minlərlə Xocalı şəhidinin ruhu artıq rahatdır. Onların qanı yerdə qalmadı.
Xocalı – unutmuruq, unutdurmuruq!

9 kişi görseli olabilir
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir