5 iyun – Meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı GÜNÜDÜR

ölkə
Cəlilabadda 5 iyun – Meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı qeyd edilib
05 iyun 2026-cı il tarixdə Cəlilabad rayonunda “5 iyun – Meliorasiya və su təsərrüfatı işçiləri günü” qeyd edilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparat əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri və Meliorasiya və su təsərrüfatı idarəsinin kollektivi iştirak ediblər.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucalan abidəni ziyarət edib, önünə tər gül-çiçək dəstələri düzüb, dahi rəhbərə öz ehtiramlarını bildiriblər.
Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov Meliorasiya və su təsərrüfatı idarəsinin kollektivini “5 iyun – Meliorasiya və su təsərrüfatı işçiləri günü” münasibəti ilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb.
MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir