“Amerikanın səsi” radiosunun redaktoru VƏFAT ETDİ-FOTO

Dünya
Uzun müddət “Amerikanın səsi” radiosunun redaktoru işləmiş, sonra Ata Buşdan Trampın ikinci dövrü də daxil bir çox ABŞ Prezidentlərinin vaxtında Ağ Evin Azərbaycan və Türkiyə türkcəsi tərcüməçisi olmuş Olcay Kartarı 23 ildir mücadilə etdiyi ağır xəstəliyin-xərçəngin fəsadları nəticəsində gözlərini əbədi yumdu.
Olcay Kartari Qafqazdan Anadoluya mühacirət etmiş azərbaycanlı ailəsinin ilk nəvəsi olub. 1950-ci ildə Türkiyənin Qars şəhərində dünyaya gəlib. Əsli Borçalı və Qazax mahalındandır. Atası Həsən Kartarı uzun illər Qarsda yerli təhsil şöbəsinin müdiri, eyni zamanda TRT Qars radiosunun solisti olmuşdur. dekanı olub.
Olcay Kartari vaxtilə TRT Qars radiosunda xorda xalq musiqisi sənətçisi kimi çalışıb. O, Hacettepe Universitetini bitirdikdən sonra XX əsrin 80-ci illərində ABŞ-yə köçüb. Bir müddət “Amerikanın səsi” radiosunda fəaliyyət göstərdkdən sonra ABŞ Dövlət Departamentində işləməyə başlayıb.
Olcay Kartarı ABŞ prezidentləri ata və oğul Buş, Bill Klinton, Barak Obama və Donald Trampın tərcüməçisi kimi fəaliyyət göstərib. Dünyanın bir çox liderləri ilə ünsiyyətdə olmuş Olcay Kartarı məxfi təhlükəsizlik statusuna malik olub. O, Türkiyə ilə ABŞ arasındakı iqtisadi, siyasi münasibətlərə işıq tutan “açar adam” kimi tanınır. 2016-cı ildə Prezident Barak Obama ilə Türkiyə lideri Ərdoğanın görüşündə tərcüməçilik etməsindən sonra xüsusilə tanınan Olcay Kartari Türkiyə-ABŞ arasında keçirilən müzakirələrin pərdəarxasını bilən yeganə insan olduğuna görə “Sirr qadın” da adlanıb.
Olcay Kartarı 11 fevral 2026-ci il tarixində, Vaşinqton vaxtı ilə 15:00-da vəfat edib. Dəfn mərasimi ABŞ-da olacaq.
Ruhu şad, məkanı cənnət olsun.
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir