“Azərbaycan adı göydən düşməyib, onun kökündə duran sözün tarixi çox qədimdir.-foto

Tarix
 Azərbaycan sözünün nədən yarandığını bilmək istəyirsinizsə As boyu ilə bağlı xeyli sayda qaynaqlar var araşdırın, onda əmin ola bilərsiniz ki, onlar çox qədim tayfalar olublar.
Prototürk dövrü dağılandan sonra onun yerində həmin bu Azərbaycan türkləri olan as boyları, qutlar, subarlar, turuklar, madlar, azərlər qaldılar. Azərbaycan xalqının ən ulu babaları da elə onlardır. As boyları Araz çayının ətrafında həm Güneydə, həm Quzeydə yaşayıblar. 800 il öncə yazılmış “Kiçik Edda” əsərini oxuyanda görürük açıq yazılıb ki, həmin bu as boyları çox qəribə xalq idi, onlar türk idilər, gəlib germanlarla qarışanda özləriylə şəhər mədəniyyəti, türk adətləri, türk dövlətçilik ənənələri, adlarını da (Anar, Adlı, Asqız və s) gətirdilər. Qaynaqlar sübut edir ki, onlar Azərbaycandan gediblər. Urartu qaynaqlarında da yazılır ki, urartulular Aras çayını keçib, Asların ölkəsinə girib bəzi bölgələri tutdu. Biz bu qaynaqlardan görürük ki, Aslar indiki İrəvan ərazisində daha çox yaşayıblar və Ordubadda bu gün də Asa kəndi var. Aslarla bağlı məlumatlara Orxon-Yenisey, Tonyukuk, Gül Tigin abidələrində , “Dastur al-mülk” (XVII əsr) əsərində də rast gəlirik. 3500 il bundan əvvəl ikinci köç dalğası başlayanda onların bir hissəsi Azərbaycandan Şərqə gedərək xakasların, qazaxların, qırğızların formalaşmasında iştirak ediblər, bir hissəsi isə Quzeydən Skandinaviyaya qədər gedib və German xalqlarına qarışıblar. Bunu biz germandilli qaynaqlardan, saqalardan öyrənirik”.
Firudin Ağasıoğlu, azərbaycanlı alim, türkoloq, professor.
“Azərbaycan qədim “As” tayfalarının yurdudur, bu tayfalar qədimdən Azərbaycan ərazisində yaşamış insanlardır. Bunu Azərbaycanda Qobustanda, Gəmiqayada tədqiqatlar aparmış ciddi dünya alimləri yazırlar. Onlar Azərbaycanı dünyanın əsas sivilizasiya mərkəzlərindən hesab edirlər.Çox sayda dünya səviyyəli filosof, alimlər də öz kitablarında yazır ki, bütün dünyanın kökü Azərbaycandan, Aslardan başlayır. Bunu mən demirəm onlar deyir, kitablarını da paylaşmışam.
Asların milli kimliyi məsələsinə gəldikdə isə bu Qobustanda tədqiqat aparan alimlərin tapdığı işarələrlə, tamğalarla sübut olunur. (Məsələn Qayı boyuna aid tamğalar) . Asların etnik kimliyini də həmin işarələr verir. Asiya adlanan ərazi də öz adını məhz Xəzər sahillərindən getmiş həmin tayfaların adından götürmüşdür. Bunu mən yox, İsveç, Norveç , Macar, Amerika alimləri araşdırıb üzə çıxarıblar. Onların ortaya qoyduğu nəticədir ki, Aslar indiki Azərbaycan əhalisinin ilkin əcdadları, kökü, prototürklərdir. Həmin As tayfaları buradan qayıqla Şərqə, Avropaya, Skandinaviyaya, Asiyaya da yayılıblar. Azərbaycan sözü də as yurdu, as xalqlarının yurdu deməkdir. Sonradan romalılar, yunanlar, ərəblər buralara hücum etdikdən sonra bu ad dəyişikliyə məruz qaldı”.
Prof. Dr. Zaur Aliyev.
“Azərbaycanlılar gərək öz qədim vətəni və mədəniyyətləri ilə qürur duysunlar. Mən demək olar ki, dünyanın yarıdan çoxunu gəzib tədqiqatlar aparmışam, ancaq Qobustanda olandan sonra əmin oldum ki, bura qədim sivilizasiyanın beşiyidir. Mən təslim oluram: Dünyaya mədəniyyət, sivilizasiya Azərbaycandan yayılıb, sadəcə azərbaycanlılar xristian olmadığına, türk olduğuna görə dünya ölkələri bu həqiqəti qəbul etmək istəmir”.
Tur Heyerdal, dünya şöhrətli Norveç alimi, etnoqraf, arxeoloq, antropoloq, səyyah.
“Tarixi cənnət olan Edin (Ədn) bağları Azərbaycanda olub, Adəm və Həvva Azərbaycan ərazisində yaşayıb”.
Britaniyalı alim, misirşünas, nəzəriyyəçi, tədqiqatçı David Rohlun “Legend, The Genesis of Civilisation” adlı əsərindən.
Qeyd: Dünyanın bir çox ciddi tarixçisi Azərbaycanı “Tanrının seçdiyi yer” adlandırır, dünya şöhrətli rəssam Salvador Dali isə özünün “Geopoliticus child” əsərində ilk sivilizasiyanın mərkəzi kimi Azərbaycanı göstərir.
Şəkil: Tur Heyerdal, Firudin Ağasıoğlu, Zaur Əliyev və azərbaycanlılar (1900-cü illər).
Bəyənək və paylaşaq.

Fotoğraf açıklaması yok.
muasirmedia.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir