Xalqın “Teymur əmi” adı verdiyi Teymur Mustafayevin sabah anım günüdür. Sənət müəllimləri Seyid Şuşinski, Əhməd Bakıxanov olub. Onun ifa etdiyi muğam və təsniflər AzTR Fondunda saxlanılır.
MuasirMedia.AZ xəbər verir ki,Müğənni xalası qızını çox sevib və onunla ailə həyatı qurub. Bu nikahdan onların 4 qızı, 2 oğlu dünyaya gəlib. Lakin müğənninin bir oğlu qəzada dünyasını dəyişib. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 2005 ci ildə Xalq artisti fəxri adına layiq görülüb. Həyat yoldaşını itirmiş xanəndə “Bir görəydim nazlı yarımı, nazını çəkərəm nazım gəlincə. Hamının dərdi özünə fil yüküdür. Heç kimə dərdimi danışmıram, bölüşmək istəmirəm. Heç vaxt da danışmamışam. İnsanlarla ancaq xoş günlərimi bölüşmüşəm. Çünki yaxşı hadisələr bölüşdükcə çoxalır”, – deyirdi.

