Salyan rayonunda az adam olar ki, Pilağa dayını tanımasın.. Özünün də dediyi kimi rayonun 10 sakinindən 5 -i onun təmir etdiyi ayaqqabılarla addımlayır…O ömrünün çox hissəsini bu işə həsr edib.
Ömrünün 70 ilini Salyanda pinəçilik edərək evinə çörək pulu aparan Pilağa dayı 89 yaşı olmasına baxmayaraq bu gün də öz işini sevərək görür.O peşəsinə bağlı insandır.İşlədiyi məkan evindən bir qədər uzaqda olmasına baxmayaraq hər gün tezdən bu yolu piyada gəlib işinin başında olur. İş yeri köhnə, nimdaş, səliqəsis və soyuqdur. Lakin onu isidən müşdərilərinin sevgisidir..Qazancından razılıq edən Pilağa dayı bu sənəti atasından öyrəndiyini deyir. Lakin özünün davamçısı olmadığını, pinəçi sənətinə gənclərin marağının azaldığını söyləyir. Pilağa dayı deyir ki, qadın müşdərilərlə çalışmaq kişilərə baxanda daha asandır. Çünki onlar zərif olduqları kimi ayaqqabılarınıda qoruyurlar.Onun bu yaşına baxmayaraq iş gördüyü zaman eynəkdən istifadə etməməsi də diqqətimizdən yayınmır. Sovet dövründə bir sıra obyektlər üçün xüsusi sifarişlə ayaqqabılar tikən Pilağa dayı indi müştərilərinin sayının az olduğunu söyləyir.Səbəbini isə insanlar həyat səviyyəsinin yüksək olmasında görür.Pinəçinin az saylı müştərilərindən biri də qocaman bər-bər Aydın dayıdır.. O deyir ki, Pilağa kişi çəkdiyi zəhmətin qarşılığında ona nə qədər pul veriləcəyini müştərinin ixtiyarına buraxıb…Doğurudan da pinəçi sənəti çətin və səbr tələb edən sənətdir.Təsüf ki, bu gün sənətə maraq göstərən insanlar çox azdır.Nəticədə Pilağa dayı kimi pinəçilərin sayı zamanla azalır, el sənəti isə unudulur.

MuasirMediaşaz
Yaqub Mehdioğlu Salyan