Laçın şəhəri 2 nömrəli tam orta ümumtəhsil məktəbində “Son zəng” tədbiri keçirilib

Təhsil
İşğaldan azad olunmuş Laçın şəhərində fəaliyyət göstərən Laçın şəhəri 2 nömrəli tam orta ümumtəhsil məktəbində “Son zəng” tədbiri keçirilib.
Tədbirdə Elm və təhsil nazirinin müşaviri Nizami Yusifli, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, idarə əməkdaşları, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.
“Son zəng” tədbiri Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edən nazir müşaviri Nizami Yusifli məzunları həyatlarının yeni mərhələsinə qədəm qoymaları münasibətilə təbrik edərək onlara gələcək təhsil və peşə fəaliyyətlərində uğurlar arzulayıb.
Rəsmi hissədən sonra şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalar, musiqi və rəqs nömrələri təqdim olunub.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir