Türkiyədə 200 kiloqramlıq dron tapıblar

Dünya

Türkiyənin Kastamonu və Samsun vilayətlərində iki pilotsuz uçuş aparatı (PUA) aşkarlanıb.

Bu barədə İHA agentliyi məlumat yayıb.

Bildirilib ki, təxminən 200 kiloqram ağırlığında olan dronlardan biri Kastamonu vilayətinin Kuşkayası kəndində bağ sahəsinə düşərək yanıb.

Digər pilotsuz uçuş aparatı isə Samsunun Karataş rayonunda yerli sakinlər tərəfindən aşkarlanıb. Məlumata görə, vətəndaşlar hadisə barədə jandarmaya məlumat veriblər. Bundan sonra aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub, təhlükəsizlik tədbirləri gücləndirilərək giriş-çıxış məhdudlaşdırılıb.

DHA agentliyinin yaydığı məlumata əsasən, Karataş rayonunda tapılan PUA-nın mühərriki üzərində aparılan ilkin araşdırmalar onun Ukrayna istehsalı olan kamikadze dronu ola biləcəyini göstərir.

Hazırda hər iki hadisə ilə bağlı araşdırma aparılır.
MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir