Hərbçilərə ŞAD xəbər: Prezident QƏRAR VERDİ

HƏRBİ

Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək.

 

Prezident İlham Əliyevin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklikləri imzalaması ilə mümkün olub.

Sənədə əsasən, onlar hərbi xidmət keçdikləri dövlət orqanları, onların strukturuna daxil olan qurumlar tərəfindən şəxsi jetonla təmin ediləcəklər. Buna görə də qanunvericiliyə “şəxsi jeton” anlayışı və istifadə qaydaları əlavə edilib.

 

Bundan başqa, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna çağırışaqədərki hazırlıq sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi məqsədilə 9.4-cü maddə əlavə olunub. Bu maddəyə əsasən, gənclərin çağırışaqədərki hazırlığının təşkili və həyata keçirilməsi ilə bağlı əsasnamənin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi nəzərdə tutulur.
MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir