Gürcüstanın Marneuli şəhərindəki “Azərbaycan Evi”ndə “Ana dilimiz – Varlığımızdır!” tədbiri uğurla başa çatdı-fotolar

Təhsil
Gürcüstanda fəaliyyət göstərən “Maarif” təşkilatının rəhbəri, “Maarif” jurnal-qəzetinin baş redaktoru, tanınmış maarifçi, təcrübəli pedaqoq, dəyərli ziyalımız, sevimli el ağsaqqalımız Ələddin Qarabağlının təşəbbüsü və təşkilatçılığı ilə
unudulmaz soydaşımız, görkəmli türkoloq-alim, mərhum akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş “Ana dilimiz – Varlığımızdır!” adlı İnşa müsabiqəsinin 2-ci mərhələsi də uğurla başa çatmışdır.
Fürsətdən istifadə edərək,
belə bir gözəl təşəbbüs və olduqca qiymətli bir müsabiqənin təşkili üçün çox hörmətli Ələddin Qarabağlı müəllimə,
“Azərbaycan Evi”nin rəhbəri Mahabbat Imanova, eləcə də, Münsiflər heyətinin bütün üzvlərinə, xüsusilə də, çox hörmətli xanım Fatma Aliyeva Aslana, çox hörmətli xanım Севда Айхан Sevda Ayxana, çox hörmətli xanım Abayat Qurbanovaya, həmçinin, mətbuat və kütləvi informasiya işçilərinə, bir sözlə, əməyi keçən hər kəsə öz dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Onu da diqqətə çatdırır ki,
unudulmaz soydaşımız, görkəmli türkoloq-alim, mərhum akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş “Ana dilimiz – Varlığımızdır!” adlı İnşa müsabiqəsinin 2-ci mərhələsinin qalibləri xüsusi olaraq sertifikat və pulla mükafatlandırılmış, eləcə də, bütün iştirakçılara müxtəlif hədiyyələr verilmişdir.
Hamımıza uğurlar arzulayıram!..
Xalqımız, millətimiz üçün xeyirli olsun!…

MUASİRMEDİA.AZ
GÜLƏR AMİN GÜRCÜSTAN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir