Avropa Komissiyasının prezidenti, xanım Ursula Fon der Lyayen Bakıya eniş etdikdən sonra öz fotosunu üç alov qülləsinin şəkli ilə paylaşaraq bunları yazıb: “Avropa İttifaqı Cənubi Qafqaz üçün parlaq bir gələcəyə inanır: əlaqəli, dinc və çiçəklənən.
Biz bu gələcəyin qurulmasına kömək etmək istəyirik.
Mən həmçinin Aİ-Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün buradayam.
Ticarətdən nəqliyyata. Enerjidən iqtisadiyyata”.


MM.AZ
