9-cu Muğam Televiziya Müsabiqəsinin final mərhələsində qaliblər elan olunub-FOTO

Mədəniyyət

Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən 9-cu Muğam Televiziya Müsabiqəsinin final mərhələsində qaliblər elan olunub. Laçında keçirilən final konsertində yeniyetmə ifaçılar arasında birinci yerə Əhəd Ağayev, ikinci yerə Murad Nəbizadə, üçüncü yerə isə Kənan Tağızadə layiq görülüblər. Gənc xanəndələr arasında isə birinci yeri Aytac Bəybalayeva, ikinci yeri Nərmin Mirzəyeva və üçüncü yeri Rəis Niftəliyev tutublar.

9-cu Muğam Televiziya Müsabiqəsinin final mərhələsində qaliblər elan olunub.
MM.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir