Şeyx Məhəmməd Füzuli-nin dedikləri.

ƏDƏBİYYAT
MƏRSİYƏ DƏR HƏQQİ-XAMİSİ-ALİ-ƏBA
HƏZRƏTİ-SEYYİDÜŞ-ŞÜHƏDA
Mahi-məhərrəm оldu şəfəqdən çıxıb hilal,
Qılmış əza, töküb yüzə xun birlə əşki-al.
Övladi-Müstəfayə mədəd qılmamış Fərat,
Keçirməsinmi yerlərə anı bu infi’al.
Çоxdur hekayəti-ələmi-şahi-Kərbəla,
Əlbəttə çоx hekayət оlur mövcibi-məlal.
İbrətlə bax, qəmi-şühəda şərhin etməyə
Hər səbzə Kərbəladə açıbdır zəbani-hal.
Təcdidi-matəmi-şühəda qıldı ruzigar,
Zar ağla, ey könül, bu gün оlduqca ehtimal.
Meydani-çərxi cilvəgəhi-dudi-ah qıl,
Gərduni-duni guneyi-matəm siyah qıl.
Mahi-məhərrəm оldu, məsərrət həramdır,
Matəm bugün şəriətə bir ehtiramdır.
Təcdidi-matəmi-şühəda nəf’siz degil,
Qəflətsərayi-dəhrdə tənbihi-amdır.
Qоvğayi-Kərbəla xəbərin səhl sanma kim,
Nəğzi-vəfayi-dəhrə dəlili-təmamdır.
Hər zərrə əşk kim, tökülür zikri-Al ilə,
Səyyareyi-sipehri-ülüvvi-məqamdır.
Hər məddi-ah kim, çəkilir Əhli-beyt üçün,
Miftahi-rövzeyi-dəri-Darüs-səlamdır.
Şad оlmasın bu vaqiədə şad оlan könül,
Bir dəm bəlavü qüssədən azad оlan könül.
Tədbiri-qətli-Ali-Əba qıldın, ey fələk,
Fikri-qələt, xəyali-xəta qıldın, ey fələk.
Bərqi-səhabi-hadisədən tiğlər çəkib
Bir-bir həvaleyi-şühəda qıldın, ey fələk.
İsmət hərəmsərasinə hörmət rəva ikən,
Pamali-xəsmi-bisərü pa qıldın, ey fələk.
Səhrayi-Kərbəladə оlan təşnələblərə
Rigi-rəvani seyli-bəla qıldın, ey fələk.
Təxfifi-qədri-şər’dən əndişə qılmadın,
Övladi-Müstəfayə cəfa qıldın, ey fələk.
Bir rəhm qılmadın cigəri qan оlanlara,
Qürbətdə ruzigari pərişan оlanlara.
Basdıqda Kərbəlayə qədəm şahi-Kərbəla,
Оldu nişani-tiri-sitəm şahi-Kərbəla.
Düşmən оxuna qeyr sipər görməyib rəva,
Yaxmışdı canə daği-ələm şahi-Kərbəla.
Dudi-dili-püratəşi əhli-nəzarədən
Etmişdi pərdədari-hərəm şahi-Kərbəla.
Оlduqca ömrü rahəti-dil görməyib dəmi,
Оlmuş həmişə həmdəmi-qəm şahi-Kərbəla.
Ə’da müqabilində çəkəndə səfi-sipah,
Qılmışdı məddi-ahi ələm şahi-Kərbəla.
Ya şahi-Kərbəla, nə rəva bunca qəm sənə,
Dərdi-dəmadəmü ələmi-dəmbədəm sənə.
Ey dərdpərvəri-ələmi-Kərbəla Hüseyn,
Vey Kərbəla bəlalərinə mübtəla Hüseyn.
Qəm parə-parə bağrını yandırdı dağ ilə,
Ey laleyi-hədiqəyi-Ali-Əba Hüseyn.
Tiği-cəfa ilə bədənin оldu çak-çak,
Ey bustani-səbzeyi-tiği-cəfa Hüseyn.
Yaxdı vücudunu qəmi-zülmətsərayi-dəhr,
Ey şəm’i-bəzmi-bargəhi-kibriya Hüseyn.
Dövri-fələk içirdi sənə kasə-kasə qan,
Ey təşneyi-hərarəti-bərqi-bəla Hüseyn.
Yad et, Füzuli, Ali-Əba halin, eylə ah
Kim, bərqi-ah ilə yaxılır xərməni-günah.
Şeyx Məhəmməd Füzuli.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir