Gəncə “İmamzadə”ziyarətgahının imamı Hacı Tahir Abbasovun Müraciəti

DIN
Hacı Tahir Abbasov Məhərrəm ayının başlanması münasibətilə möminlərə, şəhid ailələrinə, qazilərə və bütün Azərbaycan xalqına müraciət edib.
Müraciətdə qeyd olunur ki, Məhərrəm ayı İslam aləmində matəm, mərhəmət və mənəvi saflaşma ayıdır. Bu günlərdə İmam Hüseynin (ə) və Kərbəla şəhidlərinin xatirəsi yad edilir, eyni zamanda Vətən uğrunda canından keçmiş Azərbaycan şəhidlərinin ruhuna dualar oxunur.
İmam bütün şəhid ailələrinə dərin hüznlə başsağlığı verir, şəhidlərə Allahdan rəhmət, qazilərə isə şəfa diləyir. O, insanları İmam Hüseynin (ə) yolunu yaşatmağa, məscidlərdə və evlərdə dua etməyə, milli və mənəvi dəyərlərə sahib çıxmağa çağırır.
Müraciətdə “Hər gün Aşura, hər yer Kərbəla!” ifadəsinə xüsusi yer verilir və vurğulanır ki, haqq, ədalət və Vətən uğrunda mübarizə aparan hər bir insan İmam Hüseyn (ə) məktəbinin davamçısıdır.
Sonda Hacı Tahir Abbasov Azərbaycan Ordusuna qələbələr, dövlətimizə qüdrət, xalqımıza əmin-amanlıq arzulayır, Allahdan bütün duaların qəbul olunmasını diləyir və vətəndaşları birlik, həmrəylik və iman ətrafında birləşməyə səsləyir.
“Allah hamınızdan razı olsun! Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir