ABŞ-la əldə olunan razılaşma faktiki olaraq Hörmüz boğazının statusunu Tehranın xeyrinə dəyişib.

Dünya

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, ABŞ-la əldə olunan razılaşma faktiki olaraq Hörmüz boğazının statusunu Tehranın xeyrinə dəyişib.

İran parlamentinin sədri Məhəmməd Baqirın sözlərinə görə, ABŞ İran üçün Hörmüz boğazının potensialını “reallığa çevirib”.

Qalibaf vurğulayıb ki, İran Hörmüz boğazında suveren hüquqlara malikdir və göstərilən müvafiq xidmətlərə görə ödəniş alacaq.

“İran Hörmüz boğazında suveren hüquqlara malikdir və təbii ki, biz göstərilən xidmətlərə görə ödəniş alacağıq”, – deyə o bildirib.

Qalibaf həmçinin qeyd edib ki, ABŞ-a etimadsızlıq hətta yekun razılaşma əldə olunsa və bu razılaşma Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənsə belə, maksimum səviyyədə qalır.

“Mənim Amerikaya etimadsızlığım maksimum səviyyədədir. Hətta razılaşma yekun olsa və Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənsə belə, yenə də tam etibarsızdır”, – deyə Qalibaf bildirib.

O əlavə edib ki, İranın yanaşmasında diplomatik və hərbi üsullar arasındakı sərhəd olduqca şərtidir.

“Bizdə diplomatik mübarizə ilə hərbi mübarizə arasındakı məsafə çox azdır və əlimiz tətik üzərindədir”, – deyə o əlavə edib.

Xatırladaq ki, iyunun 18-də İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti Donald Tramp iki ölkə arasındakı münaqişənin dayandırılmasına dair  memorandumun mətnini rəqəmsal formada və məsafədən imzalayıblar.
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir