“İslamda ölüyə üç gündən artıq yas saxlamaq ənənəsi yoxdur və bu qayda Peyğəmbər və Əhli-Beyt dövründə də bu şəkildə olub. Dəfn günü insanlar mərhuma hörmət əlaməti olaraq bir araya gəlir, yaxınlarına maddi və mənəvi dəstək göstərir, başsağlığı verirlər. Uzaqda olan və dəfnə çata bilməyən şəxslər də üç gün ərzində yas mərasiminə qatılaraq bu vəzifəni yerinə yetirə bilərlər”.
İlahiyyatçı əlavə edib ki, yas mərasimlərində dəbdəbə və israfçılıq dini baxımdan düzgün hesab edilmir və günah sayılır. Onun fikrincə, uzunmüddətli və təmtəraqlı yas mərasimləri İslamın ruhuna ziddir.
“Yas mərasimlərinin daha sadə və qısa formatda keçirilməsi üçün din xadimləri tərəfindən maarifləndirmə və təbliğat işi aparılmalıdır. Bunun üçün isə ilk növbədə din xadimlərinin özlərinin bu mövzuda maarifləndirilməsi və müvafiq təlimatlandırılması vacibdir”.
MUASİRMEDİA.AZ
