Krımda terror aktı cəhdinin təşkilində iştirak edən Ukrayna Baş Kəşfiyyat İdarəsinin polkovniki Rüstəm Fəxriyev məhv edilib.
Bu barədə “RİA Novosti” Rusiya güc strukturlarına istinadla məlumat yayıb.
Məlumata görə, 2025-ci ilin dekabrın 1-də Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli zabitinə qarşı sui-qəsd cəhdini təşkil edən Fəxriyev olub.
Rüstəm Fəxriyevin bu ilin mayın 18-də öldürüldüyü bildirilib.
MM.AZ
