28 iyul 2023-cü il tarixində Ağstafa rayon Heydər Əliyev Mərkəzində, 44 günlük Vətən müharibəsi zamanı, torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş, Taleh Zülfəli oğlu Namazovun doğum gününə həsr olunmuş tədbir keçirildi.
Şəhidlərin ölməz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbirdə Ağstafa rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Çıxışlar zamanı şəhidin döyüş yolundan bəhs edən xatirələr və şəhidə həsr olunmuş şeirlər səsləndirildi.
Tədbirdən sonra şəhidin ruhuna ehsan süfrəsi verildi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!





MUASİRMEDİA.AZ
Ziba Sevindik
Ziba Sevindik
