2025-ci ildə dünya miqyasında keçiriləcək böyük idman tədbirində insanlığın ilk dəfə yadplanetlilərlə görüşəcəyi proqnozlaşdırılır.
Bu barədə iddia Bolqarıstanın məşhur kahini Baba Vanqaya aid edilir.
1996-cı ildə vəfat edən Baba Vanqa, 11 Sentyabr hücumları və COVID-19 pandemiyası kimi öncədən proqnozlaşdırdığı hadisələrlə tanınır. Onun gələcək barədə verdiyi digər proqnozlar arasında Şahzadə Diananın ölümü və Barak Obamanın ABŞ prezidenti seçilməsi də yer alır.
2025-ci il üçün verilən bu yeni proqnoza görə, böyük idman tədbiri zamanı səmada “yeni bir işıq” görünəcək və dünyanın müxtəlif yerlərindən milyonlarla insan bu hadisəni müşahidə edəcək. Baba Vanqanının vizyonunda bu işıq UFO, yəni yadplanetli gəmisidir və bu, bəşəriyyətin yadplanetlilərlə ilk təması olacaq. O, bu qarşılaşmanın qorxu yaratmayacağını, əksinə insanların bir çox suallarına cavab gətirəcəyini vurğulayıb.
Hələlik, hansı idman tədbirində bu hadisənin baş verəcəyi və ya hansı ölkədə təşkil olunacağı barədə məlumat yoxdur. Bəzi mütəxəssislər həmin işığın meteor yağışı, Şimal İşıqları və ya Yerdən təxminən 3000 işıq ili uzaqlıqda yerləşən T Coronae Borealis Nova supernovası ola biləcəyini irəli sürürlər.
Qeyd edək ki, əvvəlki illərdə Super Bowl kimi böyük tədbirlər zamanı da belə yadplanetli təması gözlənilsə də, bu proqnozlar reallaşmayıb. 2025-ci ilin isə fərqli olacağına inanılır.
MUASİRMEDİA.AZ