İyulun 19-da Rusiyanın üç raketlə zərbə endirdiyi Türkiyəyə məxsus “GOLDEN LEO” mülki yük gəmisində daha dörd dənizçinin meyiti aşkarlanıb.
Bunu Odessa Vilayət Prokurorluğunun mətbuat xidməti bildirib.
Məlumata əsasən, bununla da Rusiya hücumu nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb. Ölənlərdən 9-u əcnəbi ekipaj üzvü, 1-i isə ukraynalı bələdçi (lotsman) olub.
“İyulun 20-si səhər saatlarına olan məlumata görə, düşmənin xarici mülki gəmiyə endirdiyi zərbə nəticəsində 10 nəfərin öldüyü təsdiqlənib. Daha 7 nəfər isə yaralanıb”, – deyə Odessa Vilayət Prokurorluğundan bildirilib.
***
Rusiya Ukrayna sahillərində Türkiyəyə məxsus “GOLDEN LEO” gəmisinə 3 “X-59 /Х -69” qanadlı raketi ilə zərbə endirib. 5 nəfər həlak olub, 5 nəfər yaralanıb.
MM.AZ
