11 yaşlı Türk riyaziyyat dahisi Amerikada zirvəni fəth etdi! 117 ölkədən minlərlə rəqibini geridə qoyaraq 3 qızıl medalla tarixə düşdü
İstanbulda yaşayan 5-ci sinif şagirdi Sidar Cem Kılagöz, ABŞ-ın Orlando şəhərində keçirilən Beynəlxalq “Neo Science” Olimpiadasında nümayiş etdirdiyi yüksək performansla Türkiyəyə böyük qürur bəxş etdi.
Hələ 11 yaşında olan Sidar, 117 ölkədən minlərlə tələbənin mübarizə apardığı çətin seçmə mərhələdə riyaziyyat kateqoriyası üzrə dünya birincisi oldu. Bu qeyri-adi nəticəsi ilə Böyük Finalda (Grand Final) iştirak etmək hüququ qazanan 21 ölkənin şagirdləri arasında adını yazdırdı.
muasirmedia.az
