22 iyul Azərbaycan tarixində mühüm və əlamətdar günlərdən biridir.
Bu tarix ölkəmizdə milli mətbuatın yaranması ilə bağlıdır. 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində ilk milli qəzet – “Əkinçi” nəşr olunmuşdur. “Əkinçi” qəzeti xalqımızın maariflənməsində, milli şüurun formalaşmasında və cəmiyyətin inkişafında böyük rol oynamışdır. Həsən bəy Zərdabi mətbuat vasitəsilə xalqı elmə, təhsilə, tərəqqiyə və milli həmrəyliyə səsləmişdir. Bu gün Azərbaycan mətbuatı böyük inkişaf yolu keçmişdir. Ölkəmizdə çoxsaylı qəzetlər, jurnallar, informasiya agentlikləri, televiziya kanalları və internet media resursları fəaliyyət göstərir. Azərbaycan jurnalistləri ölkəmizdə və dünyada baş verən hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyətin informasiya ehtiyacını təmin edirlər. Milli mətbuat xalqın səsi, cəmiyyətin aynasıdır. Jurnalistlər həqiqətin, ədalətin və obyektivliyin qorunmasında mühüm rol oynayırlar. Bu baxımdan, mətbuat işçilərinin üzərinə böyük məsuliyyət düşür. 22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri, media nümayəndələrini və mətbuat işçilərini səmimi qəlbdən təbrik edir, onlara yaradıcılıq uğurları, sağlamlıq və fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq! Milli mətbuatımız daim yaşasın və inkişaf etsin!

MUASİRMEDİA.AZ
BAŞ REDAKTOR GÜLƏR AMİN