Son günlər rayonumuzda illik normadan artıq yağan qar bir çox sahələrə ciddi təsir göstərmişdir.
Güclü və fasiləsiz yağıntı xüsusilə rabitə infrastrukturunda müəyyən çətinliklər yaratmış, nəticədə Aztelekom MMC-nin fəaliyyətinə də əngəl törətmişdir. Rayonun Marışlı kəndindən başlayaraq sonuncu yaşayış məntəqəsi olan Şorsulu kəndinədək ümumilikdə 2850-dən artıq abonent xidmət alır. Qarın normadan artıq yağması və qalın örtük yaratması səbəbindən onların təxminən 600-nün internet xəttində nasazlıq yaranmışdır. Optik internet məftillərinin qırılması və dirəklərin zədələnməsi xidmətin müvəqqəti dayanmasına səbəb olmuşdur. Buna baxmayaraq, operativ tədbirlər nəticəsində zərər çəkmiş abonentlərin artıq 70 faizinin internet bağlantısı bərpa edilmişdir. Hazırda yaranmış fəsadların tam aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Qeyd etmək lazımdır ki, hətta istirahət günlərində belə Aztelekom MMC-nin əməkdaşları ərazilərdə təmir-bərpa işləri apararaq vətəndaşların internet xidmətinə qovuşması üçün səylə çalışırlar. Mən, Şorsulu İnzibati Ərazi Nümayəndəsi olaraq, Aztelekom MMC-nin yaranmış çətin şəraitdə göstərdiyi operativ və məsuliyyətli fəaliyyəti yüksək qiymətləndirir, kollektivə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, qısa müddət ərzində bütün abonentlərin internet xidməti tam şəkildə bərpa olunacaqdır.
MUASİRMEDİA.AZ
FUAD QEHRAMANOV SALYAN
