2 iyul tarixi Azərbaycanda Azərbaycan Polisi Günü kimi qeyd olunur-FOTO

ölkə
Hər il 2 iyul tarixi Azərbaycanda Azərbaycan Polisi Günü kimi qeyd olunur. Bu əlamətdar gün Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1918-ci il iyulun 2-də ilk polis orqanlarının təsis edilməsi əsas götürülərək rəsmiləşdirilib

Azərbaycan Polisi 108 il ərzində dövlətimizin təhlükəsizliyinin, ictimai asayişin və qanunun aliliyinin qorunmasına mühüm töhfələr vermişdir. Hər bir polis əməkdaşı yüksək məsuliyyət, cəsarət və peşəkarlıq nümayiş etdirərək vətəndaşların təhlükəsizliyi naminə gecə-gündüz yorulmadan xidmət göstərir.

Bu əlamətdar gündə xidməti vəzifəsini yerinə yetirərkən şəhidlik zirvəsinə ucalmış polis əməkdaşlarının əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, onların ailələrinə səbir diləyirik. Qazilərimizə möhkəm can sağlığı arzulayırıq.
Qoy Azərbaycan Polisi bundan sonra da dövlətimizə və xalqımıza sədaqətlə xidmət etsin, ölkəmizdə əmin-amanlığın və təhlükəsizliyin keşiyində inamla dayansın.
2 İyul – Polis Peşə Günü münasibətilə bütün polis əməkdaşlarını ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə xoşbəxtliyi və şərəfli xidmətlərində yeni uğurlar arzulayırıq.
108 il şərəfli xidmət – Xalqın etibarı, dövlətin dayağı!

şunu diyen bir yazı '2İYUL POLİS POLISPEȘAGÜNÜ PEŞA GÜNÜ 1.ー キ POLİS DİN 108 XALQIN XALQINETİBARİ, ETİBARİ, DÖVLOTİN DÖVLOTİNDAYAĞI! DAYAĞI! AĞI! DAY 102 ÇAĞRIMARKAZİ ÇAĞRI MaRKazi GÜCLÜPOLİS cücuiPoLis-TaHLÜKesiIZCaMiİYe GÜCLÜ POLİS TAHLÜKaSİZ CaMİYYAT! DAXİLİ İŞLAR NAZİRLİYİ' görseli olabilir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir