Polis Akademiyasında təcrübəli mütəxəssislərlə dərslər davam edir

Təhsil
Daxili İşlər Nazirliyinin Polis Akademiyasında semestr boyu təcrübəli hüquq-mühafizə orqanı əməkdaşlarının iştirakı ilə keçirilən interaktiv dərslər uğurla davam edir. Bu təşəbbüsün əsas məqsədi kursantların nəzəri biliklərini praktik təcrübə ilə möhkəmləndirmək, gələcək peşə fəaliyyətlərinə daha hazırlıqlı başlamalarına şərait yaratmaqdır.
09–17 oktyabr 2025-ci il tarixlərində keçirilən dərslərdə DİN-in müxtəlif qurumlarından və elmi-tədris müəssisələrindən olan mütəxəssislər çıxış ediblər.
-Onların sırasında polis polkovnik-leytenantı İlkin Əliyev – “Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək icraat”, polis polkovniki Adil Əliyev – “İdarəetmənin elmi əsasları”, polis polkovniki Vüqar Ağayev – “Şəhər (rayon) polis orqanlarının işinin təşkili”, dosent Laçın Mustafayev – “Azərbaycan XIII–XV əsrlərdə”, polis polkovniki Elnur Novruzov – “Cinayətlərin açılması və istintaq qurumlarının qarşılıqlı əlaqəsi”, polis mayoru Ceyhun Hüseynov – “İttiham aktının tərtibi və cinayət işinin məhkəməyə göndərilməsi” kursantlara mühazirələr oxuyublar, sualları cavablandırıblar.
____
Dərslər zamanı kursantlar real əməliyyat təcrübəsi, hüquqi qərarların qəbulu prosesi və istintaqın gedişi ilə yaxından tanış olub, mövzular ətrafında səmərəli müzakirələr aparıblar.

MM.AZ