ABŞ prezidentini, SSRİ və Britaniya rəhbərlərini ölümdən xilas edən kəşfiyyatçılardan biri, azərbaycanlı Məmmədhüseyn Əsədov olub

Tarix
ABŞ prezidentini, SSRİ və Britaniya rəhbərlərini ölümdən xilas edən kəşfiyyatçılardan biri, azərbaycanlı Məmmədhüseyn Əsədov (1900-1989).
Əsas iş istiqaməti alman kəşfiyyatına qarşı əməliyyatların təşkilindən ibarət olub. Uzun müddət kəşfiyyat orqanlarında çalışmış Məmmədhüseyn Əsədovun əvəzsiz xidmətlərdən biri də “Tehran 43” əməliyyatının iştirakçısı olmasıdır. 1943-cü ildə İran antihitler koalisiyası rəhbərlərinin danışıqları üçün ən məqbul yer kimi seçilir. Konfransa hazırlıq tam məxfi şəraitdə aparılırdı. Bu barədə xəbəri olanlardan biri də Məmmədhüseyn Əsədov idi. Noyabrın 24-də Baş komandanlığın üzvü, Baş qərargah rəisi SSRİ marşalı Aleksandr Vasilyevski gecə Astaraya gəlir və onu Məmmədhüseyn Əsədov qarşılayır. Marşalın gəlməsində əsas məqsəd liderlərin görüşü vaxtı qoşun hissələrini təlimatlandırmaq və bir daha Stalinin göstərişi ilə təhlükəsizlik məsələlərini yoxlamaq idi. Noyabrın 26-da Stalin Tehrana gəlir və noyabrın 28-də konfrans baş tutur. Həmin vaxt Almaniya kəşfiyyatının dövlət başçılarına qarşı edəcəkləri sui-qəsd və t*error aktı haqqında eyni zamanda Məmmədhüseyn Əsədova məlumat verilir və o da öz növbəsində, təcili olaraq məlumatı rəhbərliyə məruzə edir. Vaxtında verilmiş məlumat nəticəsində planlaşdırılmış sui-qəsdin qarşısı peşəkarcasına alınır. İlk dəfə sui-qəsdlə bağlı geniş ictimaiyyətə mətbuat konfransı vaxtı 17 dekabr 1943-cü ildə ABŞ Prezidenti F.Ruzvelt məlumat verir. Sui-qəsd cəhdinin qarşısının alınmasında müstəsna rolu olmuş Məmmədhüseyn Əsədov mükafatlarla təltif edilir.

Fotoğraf açıklaması yok.
MUASİRMEDİA.AZ