Bu onu post Ərdoğan dövründə varislər siyahısında şansını artıracaq. Türkiyə getdikcə faktiki Rusiya kimi sekurotokratiyaya(təhlükəsizlik blokunun və kəşfiyyatın hakimiyyəti) çevrilir.
Hakan Fidan özü də kürd əsillidir. Türkiyə imperiya ənənələri olan dövlətdir və devşirmə anlayışı Osmanlıdan bu günə qədər bu tipli dövlətlərdə əhəmiyyətli rol oynayır. Bir çox baxımdan ana etnosdan olmayan xalqlar daha qatı dövlətçi olurlar. Bu da sistemdən qaynaqlanır. Britaniya tərəfindən dəstəklənən Hakan Fidan ABŞ tərəfindən dəstəklənən Selçuk Bayraktarla AKP və digər mühafizəkar qanad içərsində Türkiyənin gələcək lideri olmağa əsas namizədlərə çevrilə bilərlər.

MM.AZ
