DTX-nin saxladığı şəxslə bağlı yeni XƏBƏR VAR-FOTO

Kriminal

Azərbaycanda dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə ittiham olunan Mirədalət Vasif oğlu Talışxanovun cinayət işi üzrə hökmdən verilmiş apellyasiya şikayəti təmin olunmayıb.

Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar verilib.

Qeyd edək ki, o, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.

Mirədalət Talışxanova qarşı AR Cinayət Məcəlləsinin 32.4, 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə təhrik etmə, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham elan edilib.

O, sözügedən əməllərdə təqsirli bilinib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətə azadlıqdan məhrum olunub.

Mirədalət Talışxanov əvvəllər hüquq-mühafizə orqanlarında çalışıb.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir