Bu gün hamı SƏNdən danışır((
,, Babək” öldü, ,,Nəsimi”öldü deyirlər. Milyonlarla insan duyğulanır – kövrəlir, yüzlərlə insan göz yaşı tökür.Vəfasız dünyanı, amansız xəstəliyi, bivəfa ömürü qınayırlar. Ayrılığın hər növü üzücüdür. Ölüm adlı ayrılığın dönüşü yoxdur.Nöqtədə hər şey bitir. Rasim Balayev sevənlər Onu itirmək acısını hələ həzm edə bilmirlər.
Əlbəttə hamımız bilirik ki, bu Dünya müvəqqəti məkanımızdır.
Neçə il burada məskən salmağımızdan asılı olmayaraq, hamımız köçəriyik.
Böyük Sənətkarımızın ölümünə görə O özü bizə ürək dolusu təsəlli qoyub. Yaratdığı obrazlarla,ifa etdiyi rollarla,oynadığı tarixi şəxsiyyətlərin simalarıyla Xalq Artisti (xalqın artisti) Rasim Balayev özünə əbədi ABİDƏ həkk edib.
Unudulmaz Sənətkarın ruhu şad olsun.
MUASİRMEDİA.AZ
GÜLƏR AMİN
