“Sarı Komutan” ləqəbi ilə yaddaşlara həkk olunan igid şəhid Kamil Şirinovun bu gün cənnətdəki 35 yaşı tamam olur… Bəzi ömürlər var — illərlə ölçülmür…Bəzi insanlar var — getdikdən sonra daha çox yaşayır…Bu dünya səni bizdən tez aldı, amma Vətən səni əbədi qazandı. Sən artıq bir insan adı deyil, bir döyüş ruhu, bir qəhrəmanlıq məktəbi, bir millətin qüruruna çevrildin. “Sarı Komutan” deyəndə yalnız bir ləqəb yox, qorxmazlıq, mərdlik və Vətən sevgisi yada düşür. Sənin addımların keçdiyi torpaqlar azaddır, sənin uğrunda döyüşdüyün bayraq bu gün azad səmalarda dalğalanır. Sənin susan səsin minlərlə ürəyin döyüntüsünə çevrilib. 35 yaşın mübarək olsun, qəhrəman… Bu yaş artıq təqvimdə deyil — xalqın yaddaşındadır. Sən yaşamadığın illəri belə millətinə şərəf kimi miras qoydun. Sənin yerin təkcə ürəklərdə deyil, tariximizin ən uca səhifələrindədir. Məkanın şəhidlərin ən ali məqamı — Cənnətdir. Ruhun şad olsun, igid Komutan! Vətən sənə borcludur, xalq səni unutmaz! Başımız sənin müqəddəs ruhun qarşısında daim əyilidir… Unudulmazs
MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU
YAQUB MEHDİ OĞLU
