Libası qəm, paltarı qəm, donu qəm,
Günlərimin beşi sevinc, onu qəm.
Bu dünyanın əvvəli qəm, sonu qəm,
Ahdan gəlib aha gedən yoldayam.
Yağış mənim, boran mənim, qar mənim,
Uçrum mənim, keçid mənim, dar mənim.
Ucuz yolda nə ölümüm var mənim?-
Baha gəlib baha gedən yoldayam.

MUASİRMEDİA.AZ
SADİQ ADİL OĞLU
