İyun ayının 10-u axşam saatlarınadək məhkəmə keçirildi. Hakimlər son qərarlarını açıqladılar. Azərbaycan hakimiyyətinin Fransada tənqidçi bloger Məhəmməd Mirzəlini öldürmək üçün göndərdiyi adamlara və onlara köməklik göstərənlərə ağır həbs cəzaları verildi. Fransanın Renn şəhərində keçirilən yekun məhkəmə prosesində hakimlərin son qərarına əsasən:
1. Emin Qasımov (kriminal çevrədə Emin Naxçıvanski kimi tanınır) – 30 il ağırlaşdırılmış həbs cəzası alıb. O, Məhəmməd Mirzəlini vuran şəxsdir. (30 ili eşidən zaman “Fransada ədalət yoxdur” deyərək qışqırıb);
2. Mehrac Zərbəliyev – 18 il ağırlaşdırılmış həbs cəzası. Məhəmməd Mirzəlini vuran şəxsdir;
3. Rövşən Qocayev – 25 il ağırlaşdırılmış həbs cəzası. Məhəmmədi Mirzəlini vuran şəxsdir. (Həbs edilməyib. İnterpol axtarışına verilsin, tutub gətirilsin). Hazırda onun Azərbaycanda olduğu bildirilir. Azərbaycan hakimiyyəti onu Fransaya təhvil verməkdən imtina edib;
4. Emin Zamanzadə – 15 il;
5. Rza Məlikov – 13 il;
6. Xəzər Xankişiyev – 5 il.
7. Ramil Sultanov – 5 il.
8. Çingiz İbrahimov – 3 il.
9. Faiq Paşazadə – bəraət.
Azad Söz bildirir ki, məhkəmədə Emin Qasımov, Mehrac Zərbəliyev və Rövşən Qocayevin Məhəmməd Mirzəlini birbaşa vurmaları sübuta yetirilib. 15 il həbs cəzası alan Emin Zamanzadə isə Məhəmməd Mirzəlinin ünvanını və kordinatlarının tapılmasında köməklik göstərib. Xəzər Xankişiyev Mirzəlini vuran şəxslərə tərcüməçilik və bələdçilik edib. Ramil Sultanov onları gecələmək üçün yerlə təmin edib. Digər şəxslər isə Mirzəlini vuranlara Fransada müxtəlif cür köməklik göstəriblər.
Məhkəmə o qənaətə gəlib ki, onlar Azərbaycan hakimiyyətinin sifarişi ilə Fransa torpağında jurnalist və blogger olan Məhmməd Mirzəliyə t.rr.r hadisəsi törədiblər. © Azad Söz

MM.AZ
