TƏBİB-də yeni rəhbərliyin formalaşmasından sonra səhiyyə müəssisələrində kadr dəyişiklikləri davam edir.
TƏBİBin icraçı direktoru Anar Bayramov tərəfindən həyata keçirilən kadr islahatları davam edir.
Məlumata əsasən, Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Səkinə Sadıxova vəzifəsindən azad edilib.
Qeyd edək ki, bundan əvvəl Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova, Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərova və “Yeni Klinika”nın direktoru Barat Yusubovun da vəzifədən çıxarıldığı təsdiqlənib.
Məlumata görə, gün ərzində ümumilikdə beş tibb müəssisəsinin rəhbəri tutduğu vəzifədən kənarlaşdırılıb.
MM.AZ
