Şəhid Azərbaycan Milli Qəhrəmanı Əlif Hacıyevin əziz xatirəsinə

Cəmiyyət
Şəhid Azərbaycan Milli Qəhrəmanı Əlif Hacıyevin əziz xatirəsinə
2 İyul Azərbaycan Polisi Günü münasibətilə xalqımızın təhlükəsizliyi, dövlətimizin sabitliyi və qanunun aliliyinin qorunması naminə gecə-gündüz xidmət göstərən bütün polis əməkdaşlarını səmimi qəlbdən təbrik edirik.
Bu əlamətdar gündə Vətən uğrunda canından keçmiş igid polis əməkdaşlarımızı, xüsusilə Azərbaycanın Milli Qəhrəmanı, Xocalının müdafiəsində misilsiz qəhrəmanlıq göstərən Şəhid Əlif Hacıyevi dərin ehtiramla yad edirik. O, Vətənə, xalqa və dövlətə sonsuz sədaqəti ilə hər bir azərbaycanlı üçün cəsarət, mərdlik və vətənpərvərlik nümunəsinə çevrilmişdir.
Əlif Hacıyevin şərəfli ömür yolu, xidmətə sədaqəti və qəhrəmanlığı heç zaman unudulmayacaq. Onun adı Azərbaycan tarixində qızıl hərflərlə yazılıb və gələcək nəsillər üçün əbədi örnək olacaqdır. Xocalının müdafiəsində göstərdiyi igidlik, Vətən sevgisi və xalqına bağlılığı hər zaman böyük ehtiramla anılır.
Bu gün Azərbaycan Polisi 108 illik şərəfli inkişaf yolu keçərək dövlətimizin təhlükəsizliyinin, ictimai asayişin və qanunun keşiyində inamla dayanır. Polis əməkdaşlarımızın fədakar xidməti xalqımız tərəfindən yüksək qiymətləndirilir və hər zaman hörmətlə qarşılanır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə möhkəm can sağlığı versin. Şəhid Azərbaycan Milli Qəhrəmanı Əlif Hacıyevin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
2 İyul – Azərbaycan Polisi Günü mübarək!
Ruhun şad olsun, Şəhid Azərbaycan Milli Qəhrəmanı Əlif Hacıyev!
Vətən sağ olsun! 🇦🇿
şunu diyen bir yazı 'POLiS C* 2 İYUL PEŞA PEŞA GÜNÜDÜR ဗပေ Qanun, nizam-intizam tahlükasizliyimizin keşiyinda dayanan bütün ütünpolisamakdaşlarının polis amakdaşlarının peşa bayramı mübarak mübarakolsun! olsun! POLIS DİN QANUN aDALAT XiDMaT Şahid alif Hacıyev XOCALI POLİSİ AZARBAYCAN MİLLİ 26.02.1992 24.06.1953 "Polis xalqın dayağı, dövlatin gücüdür!"' görseli olabilir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir