İranın yeni Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei xalqa ilk müraciətini edib.
Bildirilib ki, onun müraciəti yazılı formada yayılıb.
Ayətullah Müctəba Xamenei bəyan edib ki, regionda yerləşən bütün ABŞ hərbi bazaları dərhal bağlanmalıdır, əks halda bu bazalar hücum hədəfinə çevriləcək.
O, həmçinin əlavə edib ki, Hörmüz boğazı bağlı qalmalıdır.
Müraciətdən körfəz ölkələri ilə bağlı əsas tezislər:
• Bu ölkələr sevimli vətənimizin işğalçıları və vətəndaşlarımızın qatilləri ilə bağlı mövqelərini müəyyənləşdirməlidirlər. Mən onlara bu [ABŞ] bazaları mümkün qədər tez bağlamağı tövsiyə edirəm; axı, onlar yəqin ki, artıq ABŞ-ın təhlükəsizlik və sülhü qorumaq iddialarının yalandan başqa bir şey olmadığını anlayıblar.
• Bütün hallarda düşməndən təzminat tələb edəcəyik və əgər onlar imtina etsələr, biz onun zəruri hesab etdiyimiz həcmdə əmlakını müsadirə edəcəyik, bu mümkün olmasa isə, eyni həcmdə əmlakını məhv edəcəyik.

MM.AZ
