Xocavənd torpağında yazılmış qəhrəmanlıq dastanı heç vaxt yaddaşlardan silinməyəcək! 
1997-ci ilin 10 aprelində düşmənin xətərli tərəflərinə daxil olaraq cəsurcasına kəşfiyyat əməliyyatı aparan 7 xüsusi təyinatlı döyüşçümüz, mühasirəyə düşsələr də, təslim olmadan, sona qədər döyüşərək şəhid oldular. Bu qəhrəmanların ölümündən 29 il keçib.
Xocavənd əməliyyatı zamanı döyüşçülərimiz düşmənin sayısız canlı qüvvəsini məhv etməklə yanaşı, güllələri qurtardıqdan sonra düşmənin əlinə keçməmək üçün özlərini qumbara ilə partladılar. 8 nəfərdən ibarət qrupdan 7-si şəhid oldu, yalnız bir döyüşçü – Əhmədov Aqil Mürsəl oğlu ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşdü. Erməni məhkəməsi Aqilə ölüm hökmü verdi, amma uzun danışıqlardan sonra onun dəyişdirilməsi mümkün oldu.
Azərbaycanın müstəqilliyi və torpaqlarının azadlığı uğrunda canını fəda edən bu qəhrəmanlar mərhum Prezident Heydər Əliyev tərəfindən “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib:
Leytenant Ağayev Elxan Ataxan oğlu;
Leytenant Gərəhmədov Vüqar Rzaxan oğlu;
Çavuş Rzayev Anar Üzeyir oğlu;
Çavuş Mustafayev Dinar İbrahim oğlu;
Çavuş Həsənov Aqşin Əli oğlu;
Çavuş Ələkbərov Nizami Səfi oğlu;
Çavuş Cavadov Fariz Şamil oğlu.
Onların adları tarixə qızıl hərflərlə yazılıb, ruhları daim ucalacaq, xatirələri isə hər zaman unudulmaz qalacaq!

MM.AZ
