Bəzi rayonlarda leysan və dolu gözlənilir .
MUASİRMEDİA.AZ xəbər verir ki,Milli Hidrometeorologiya Xidməti iyulun 31-nə olan hava proqnozunu açıqlayıb. Məlumata görə, Bakı və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Arabir güclənən şimal-qərb küləyi gün ərzində şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25 dərəcə, gündüz isə 29-33 dərəcə isti olacaq.
Azərbaycanın əksər rayonlarında da əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış, şimşək və dolu ehtimalı var. Ayrı-ayrı dağ çaylarında sululuğun artacağı və qısamüddətli sel təhlükəsinin yaranacağı proqnozlaşdırılır. Sinoptiklər isti hava şəraiti ilə əlaqədar vətəndaşlara günün daha isti saatlarında uzun müddət açıq havada qalmamağı, dağlıq rayonlara səfər edənlərə isə hava şəraitində baş verə biləcək dəyişiklikləri nəzərə almağı tövsiyə edirlər.
MUASİRMDİA.AZ
