Deputat mandatından imtina edib

Dünya

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsi Dumasının deputatı, bölgəni miqrantların tarixi vətəni adlandıran  azərbaycanlı Xalid Tağızadə mandatından imtina edib.

Bu barədə URA.RU Yuqranın siyasi rəhbərliyindəki mənbə məlumat yayıb..

“Tağızadə iyulun 21-dən istefa ərizəsi yazıb. Rayon Duması yaxın vaxtlarda buna qiyabi baxıb qərar çıxarmalıdır”, – məlumat verən xəbər verir.

Tağızadə özü də məlumatla bağlı sonradan münasibət bildirəcəyini vəd edib.

Onun açıqlamasının yaratdığı qalmaqaldan sonra deputat əvvəlcə Xantı-Mansiysk Muxtar Dairəsi Dumasının sosial inkişaf komitəsinin sədr müavini vəzifəsindən, sonra isə maaşından məhrum edilib.

Lakin prokurorluq onun ifadəsində heç bir qanun pozuntusu aşkar etməyib.

MUASİRMEDİA.AZ