Fransanın maliyyə naziri Nicolas Fouquet Fransa kralının sevimlisi idi. Bütün etibarını ona verən kralın sevgisini hiss edən Nicolas ölkənin əsas təbliğat sisteminə pullar xərcləyir və Kralın mərhəmətli bir şəxs olduğunu Avropada göstərməyə çalışırdı. Dünyanın nüfuzlu şəxslərini Parisə dəvət edən Nicolas Fouquet Kral ilə onların əlaqəsini qurur, fransız mədəniyyətini təbliğ edirdi.
O dövrün tanınan isimləri Parisə gəlirdi və burda böyük qonaqpərvərlik şahidi olurdu. Kralın ona yaratdığı şərait Fransa tarixində heç kimə yaradılmamış idi. Nicolas eyni zamanda Fransada böyük bir biznes sahibi idi.
Eyni zamanda Nicolas dəbdəbəli həyatı ilə məşhur idi. O dövrün məşhur şəxsləri ilə görüşləri barədə əfsanələr dolaşırdı Avropada.
O, 1661-ci ildə özünün möhtəşəm sarayı Vaux-le-Vicomte-da XIV Lüdoviki böyük bir ziyafətə dəvət etdi.
Tədbir o qədər ihtişamlı oldu ki, kral özünü kölgədə qaldığını hiss elədi. Bütün qonaqlar, dəvət edilənlər Nicolasın ətrafında idi. Bütün tədbir boyu kral qaşqabaqlı idi.
O düşündü ki, əgər bir məmur (nazir) belə bir ehtişam nümayiş etdirirsə, deməli onun nüfuzu kralın nüfuzunu kölgədə qoya bilər.
Tədbir fövqəladə ehtişamlı idi: bahalı yeməklər, möhtəşəm dekorasiyalar, opera tamaşaları, şairlərin çıxışları, bağlarda möhtəşəm şənliklər…
Kral saraya geri qayıdır və bir neçə gün sonra Fransa polis naziri Fuşe Nicolası həbs edir. İttiham qaçaqmalçılıq, kral büdcəsinə qarşı əlavə müdaxilələr, iqtisadi sabotaj idi..
Nikolas isə ömrünün sonuna qədər Bastiliyada saxlanıldı. Heç bir zaman azad olmadı və bundan bir müddət sonra kralın əmri ilə dünyanın ən böyük sarayı Versal tikilnəsi başlanıldı..
XIV Lüdovik Fouquet-in sarayındakı ehtişamı gördükdən sonra başa düşdü ki, əgər bir məmur belə şənlik keçirə bilirsə, kral ondan daha təmtəraqlı görünməlidir.
Buna görə də Lüdovik Versal sarayını tikdirdi – daha böyük, daha möhtəşəm və Kralın gücünü daim xatırladan bir mərkəz.
Hakimiyyət budur. Özündən yüksək duran şəxsdən özünü üstün hiss etdirmək sənin sonunu gətirə bilər.
MUASİRMEDİA.AZ
Prof.Dr. Zaur Aliyev