Sentyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə prosesdə ifadə verən III Respublika Platformasının qurucu heyət üzvü, siyasətçi Ruslan İzzətli bildirib ki, həbsi siyasi sifariş əsasında həyata keçirilib.
O deyib ki, hakimiyyət illərdir ona təzyiqlər göstərir, hətta sağlamlıq problemlərinə baxmayaraq məcburi hərbi xidmətə göndərib. İzzətlinin sözlərinə görə, 2020-ci il parlament seçkilərində saxtakarlıqların ifşasında iştirak edib və buna görə hakimiyyətin qəzəbinə səbəb olub.
Siyasətçi evindən tapıldığı iddia olunan 4800 avronun polis tərəfindən yerləşdirildiyini söyləyib
“6 mart 2024-cü ildə saxlanılır və həmin gün sərbəst buraxılıram. 8 mart, yəni iki gün sonra həbs olunuram və hakimiyyətin yandaş mediası məni cəmiyyətə qaçaqmalçı kimi təqdim edir. İndi ortaya suallar çıxır: Əgər evimə qoyulan pul mənim idisə, niyə həbs olunana qədər onu evdən çıxarmadım? Niyə banka olan ipoteka borcumu ödəmirdim? Niyə martın 8-ə qədər ölkəni tərk etmədim? Cinayətkar idimsə, niyə gizlənmədim, oturub həbsimi gözlədim? Cinayətkar idimsə, niyə Xətai rayon Polis İdarəsində saxlanılan dostlarımla maraqlanmaq üçün polis idarəsinin önünə getdim?”
O, Toplum TV-yə könüllü dəstək verdiyini və müstəqil medianın güclənməsinə görə hakimiyyətin onu və digər həmkarlarını hədəf aldığını deyib.
Ruslan İzzətlinin ifadəsinin davamını oxumaq üçün şərhdə yerləşdirdiyimiz linkə keçid edin.
MM.AZ
MM.AZ